Gəncədə piyadanı maşın vurdu


15:56     05 Mart 2016 qeza_zerdab.jpg

Bu gün Gəncədə naməlum avtomobillə piyada vurulub.


Femida.az xəbər verir ki, şəhərin Mirzə Abbas Abbaszadə küçəsində avtomobillə vurulan 40-45 yaşlarında kişi ağır xəsarət alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır./APA/

Açar sözlər:

Oxunub: 1082