Daha bir yol qəzası - yaralılar var


17:11     05 Mart 2016 vaz.jpg

Cəlilabadda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az APA- ya istinadən xəbər verir ki, Ələt-Astara magistralının Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində Lənkəran rayon sakini Nurəddin Əliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını Sabirabad sakini Ədalət Abışovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişinləri - Aygün Cəfərova və Məhbubə Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 944