Mağazanı qarət edən şəxs tutuldu


20:21     05 Mart 2016 tutulub7.jpg

Biləsuvar rayonunda oğurluq hadisəsi baş verib.


Femida.az DİN-in saytına istinadən bildirir ki, hadisə rayon sakini Rəvan Abdullayevə məxsus mağazada qeydə alınıb. Zərərçəkən R.Abdullayev hadisə barədə Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib. Polis hadisə baş verən yerə baxış keçirib. Müəyyən olunub ki, mağazadan 200 manat pul, ərzaq məhsulları və danışıq kartları oğurlanıb.

Biləsuvar RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs - əvvələr məhkum olunmuş Habil Şükürov tutulub.

Faktla bağlı araşdırmalara başlanıb.

Açar sözlər:

Oxunub: 916