Gəncədə intiharın qarşısı alınıb


23:46     05 Mart 2016 intihara.jpg

Bu gün Gəncə şəhəri, Kəpəz rayonunda bir nəfər intihar etmək məqsədi ilə beşmərtəbəli binanın damına çıxıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal FHN-nin Gəncə Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub.

Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 15:55-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 909