Gömrük Komitəsi bu informasiyaları açıqlamayacaq
21:58 05 Mart 2016
Dövlət Gömrük Komitəsinin Kollegiyası “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nda dəyişiklik edib.
Femida.az-ın məlumatına görə, bu Qaydalar Dövlət Gömrük Komitəsinin aparatında, strukturuna daxil olan gömrük orqanlarında və tabeliyində olan digər qurumlarında, habelə onlara məxsus elektron informasiya ehtiyatlarında mövcud olan informasiyalardan hamı tərəfindən sərbəst və maneəsiz şəkildə, bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə edə bilməsinin təmin edilməsi üçün Dövlət Gömrük Komitəsinin daxili icraat qaydalarını tənzimləyir.
Qaydaya əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Dəyişikliklə bu sahədə şərtlər artırılıb. Başqa sözlə, informasiyanın əldə edilməsinə həm də o şərtlə icazə veriləcək ki, bu, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
Femida.az
Oxunub: 1205
Oxşar xəbərlər
- Gömrükdə yenə pirotexniki vasitə aşkarlandı
- Gömrükdə 600 ədəd pirotexniki vasitə aşkarlanıb
- Gömrükdə əməliyyat davam edir
- Gömrükdən gizlədilən mal tutuldu
- Gömrükdə yenilik: Soyundurulma zamanı videoçəkilişə icazə verilməyəcək
- Gömrükçülər ölkəyə pirotexniki vasitə gətirilməsinin qarşısını alıb
- Gömrükdə fişənglər aşkarlanıb
- Gömrük rüsumu 10 dəfə artırılır
- Gömrükçülər müdhiş fırıldağın üstünü açdı
- Gömrükdən külli miqdarda narkotik keçirmək istədi - tutuldu