Marsda 6 sirli tapıntı – Video


03:21     06 Mart 2016 MARS.jpg

Marsda həyatın olub-olmaması ilə bağlı fikirlər hər zaman gündəmin əsas mövzusu olub. Bununla bağlı araşdırmalar davam edərkən Marsda çəkilən bir neçə foto orada həyatın olduğuna dair sübut kimi göstərilir.


Femida.az xəbər verir ki, Marsda çəkilən 6 sirli fotodan ibarət video UNO izləyicilərinin və alimlərin müzakirə mövzusu olub:

1. Ləkə: Bu fotoda üfüqdə sirli bir ləkə görünür.

2. İşıq: UNO həvəskarları yerdən yuxarıya uzanan işığın yer altında həyat ola biləcəyinin sübutu kimi qəbul edir.

3. Abidə: Bəziləri fotodakı görüntünün abidə, elm adamları isə qopmuş bir qaya parçası olduğunu deyir.

4. Adam: Bu foto haqqında da müxtəlif fikirlər var: bəziləri insan olmayan varlıq, bəziləri isə Marsda həyatın mövcudluğunu sübut edən görüntü kimi dəyərləndirir.

5. Ağaclar: NASA qum təpələri arasında ağaca bənzəyən kölgələrin ərimədən qaynaqlanan sürüşmə olduğunu açıqlayıb.

6. İnsan üzü: Marsın Saydonia bölgəsində qeydə alınıb.

Açar sözlər:

Oxunub: 1723