Yanğın bir ailəni evsiz qoydu


13:12     06 Mart 2016 fhn%20yangin1117.jpg

Samuxda yanğın olub.


Hadisə rayonun İnstitut qəsəbəsində Elminaz Bədəlovaya məxsus 2 otaq bir aynabənddən ibarət yaşayış evində qeydə alınıb.

Taxta konstruksiyalardan ibarət 57 kvadratmetr olan evdə yaranan alov mənzili yararsız hala salıb. Əraziyə Samux rayon yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili cəlb edilib. Tez bir zamanda yanğın söndürülüb.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Femida.az

Açar sözlər:

Oxunub: 868