SOCAR layihəsi üçün tərəfdaş axtarır


14:37     06 İyun 2015 cms-image-000006715.jpg

“SOCAR Bakının Qaradağ rayonunda yeni neft emalı və neft-kimya kompleksinin (OGPC) inşası layihəsinin birgə reallaşmasına investor-tərəfdaş cəlb etməyi planlaşdırır”.

Femida.az xəbər verir ki, bu barədə SOCAR-ın strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov Caspian Oil & Gas 2015 konfransındakı çıxışında bildirib.

“Bir neçə şirkət bu layihədə investor-tərəfdaş kimi iştirakla bağlı təkliflərini təqdim edib. Bununla əlaqədar SOCAR potensial tərəfdaşlarla müvafiq danışıqlara başlayıb”, - o qeyd edib.

T.Qəhrəmanovun sözlərinə görə, danışıqlar uğurla başa çatarsa, bu layihənin gələcək mərhələlərinin reallaşması seçilmiş investor-tərəfdaş ilə birgə həyata keçiriləcək.

Qeyd edək ki, OGPC kompleksinin reallaşması iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə qaz emalı zavodunun (QEZ) və neft-kimya zavodunun (NKZ) inşası, ikinci mərhələdə neft emalı zavodunun (NEZ) inşası planlaşdırılır.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1048