Bakıda silahlı şəxs tutuldu


14:08     06 Mart 2016 cinayet%20tutul%20azadliq%20ogur7.jpg

Bakıda silahlı şəxs saxlanılıb.


Femida.az xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Şirvan şəhər sakini Əvəz Umayevdə odlu silah olmasi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirləri nəticəsində Əvəz Umayev Suraxanı rayonu Hövsan bağlar massivində yaşadığı evin yaxınlığında saxlanılıb. Onun üzərindən sandıqçasında 6 ədəd patron olan ``Makarov`` markalı tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən faktla bağli baş idarənin istintaq şöbəsində cinayət işi başlanıb, araşdirmalar davam etdirilir.

Açar sözlər:

Oxunub: 928