Üç evdə civə həyəcanı yaşanıb


14:54     06 Mart 2016 cive8.jpg

Bakıda 3 mənzildə civə dağılıb.


Femida.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xətai rayonunda mənzildə termometrin sınması və daxilindəki civənin ətrafa dağılması barədə məlumat daxil olub.

Maye halında olan kimyəvi element nazirliyin Mülki Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılaraq çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 20:20-də başa çatıb.

Digər oxşar hadisələr Bakının Sabunçu və Suraxanı rayonlarında təkrar olub. Kimyəvi elementin təmizlənməsi əməliyyatları müvafiq olaraq 23:20-də və 02:20-də başa çatıb.

Açar sözlər:

Oxunub: 923