Qırıcılarımız Türkiyədə


17:49     06 Mart 2016 qirici.jpg

Şahinlərin təlimləri martın 27-dək davam edəcək


“TurAz Qartalları" yenidən bir arada. Türkiyə mətbuatının verdiyi məlumata görə, sabahdan Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin döyüş təyyarələrinin növbəti təlimləri başlayır. Şahinlər Türkiyənin Konya şəhərində bir araya gələcəklər.

Bu ilin ilk təlimləri mart ayının 7-də başlayacaq. Mart ayının 26-dək davam edəcək təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus "Mig-29" və "Su-25" tipli təyyarələr qatılacaq. Ötən ildən fərqli olaraq bu il Azərbaycan "Mi-17" helikopterlərini Konyaya aparmayacaq.

Türk Hava Qüvvələri isə təlimlərə həm "F-16", həm də "F-4E 2020" terminator təyyarələri, "Cougar AS532" axtarış-xilasetmə helikopterləri ilə yer alacaq.

Axırıncı dəfə “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri ötən ilin sentyabr ayında baş tutub. Təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələri müştərək əməliyyatların planlaşdırılaraq keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarını yoxlamaq, hava məkanındakı uçuş zonalarını, ərazidəki qalxma-enmə zolaqlarını, marşrut üzrə aeronaviqasiya vəziyyətini öyrənmək, uçuş, enmə və ehtiyat aerodromlarındakı şəraitlə tanış olmaq məqsədilə uçuşlar həyata keçiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 913