Bakıda məktəbliyə qarşı cinayət


20:21     06 Mart 2016 5c13215bf4acf4c4fccb81d5de8929c0.jpg

Bakıda quldurluq hadisəsi baş verib.


Lent.az-ın məlumatına görə, Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində 2 nəfər naməlum şəxs 2002-ci il təvəllüdlü Samir Musayevə (ad şərtidir) hücum edib. Onlar 14 yaşlı məktəbliyə yaxınlaşaraq onun qarnına bıçaq dirəyiblər və üzərindəki "İPhone 4S" markalı telefonu götürərək uzaqlaşıblar.

Cinayətlə üzləşən 14 yaşlı oğlan 153 saylı orta məktəbin 8-ci sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 585