Türkiyədə parlament seçkiləri təxirə salınacaq? - Ərdoğan danışdı


15:50     06 İyun 2015 225844997.jpg

Ötən gün Türkiyənin Diyarbakır vilayətində Xalqların Demokratik Partiyasının (HDP) seçkiqabağı mitinqində baş vermiş partlayışla əlaqədar ölkədə parlament seçkilərinin təxirə salınmasından söhbət gedə bilməz.

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Ərdoğan "A Haber" telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, bu insidentin seçkilərdən bir gün əvvəl baş verməsi təsadüfi deyil və bu terror aktını törədənlər mütləq layiqli cəzalarını alacaqlar.

Qeyd edək ki, partlayış nəticəsində 2 nəfər ölmüş, 100-dən çox nəfər isə yaralanmışdı.

Türkiyədə parlament seçkiləri sabah keçiriləcək.

Açar sözlər:

Oxunub: 847