İldırım transformatoru vurdu - evlər işıqsız qaldı


23:33     06 Mart 2016 6a839d78ed794fab7ac72b65cb9f34a9.jpg

Lənkəranda ildırım elektrik transformatorunun üstünə düşüb.

Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə martın 6-da şəhərin Nəsimi küçəsində qeydə alınıb.

İldırım düşməsi nəticəsində transformatorda yanğın baş verib. Hadisə yerinə dərhal yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri ilə yanğın söndürülüb.

Yanğın nəticəsində transformatorun içərisindəki yağ açarı və qoruyucu yanaraq sıradan çıxıb. Hadisə baş verən ərazinin yaxınlığındakı evlər enerjisiz qalıb.

Hazırda rayon elektrik şəbəkəsinin qəza briqadası baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Açar sözlər:

Oxunub: 595