Rusiya səfirliyinə hücum edildi - VİDEO


23:45     06 Mart 2016 rusiya%20sefirliyi%20hucum%206%20mart.jpg

Ukraynanın paytaxtı Kiyevdə Rusiya səfirliyinə hücum olub.

Femida.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, naməlum şəxslər səfirliyə yaxınlaşaraq ərazidə olan avtomobilləri əziblər.

Məlumat da bildirilir ki, 10 nəfərdən ibarət qrup əllərində yanan məşəl tutublarmış. Mənbə bildirir ki, xuliqanlıq hərəkətlərinin nəticəsində 3 avtomobil əzilib.

Ukrayna polisi hadisə ilə əlaqədar cinayət işi açıb. Hücum edənləri 4 ilə qədər həbs cəzası gözləyir.

Kreml hadisə ilə bağlı Ukraynaya nota göndərib. Rusiya səfirliyinin mətbuat katibi Oleq Qrişin bildirib ki, aksiya əvvəldən planlaşdırılıb və hücuma yaxşı hazırlıq görülüb.


Açar sözlər:

Oxunub: 1133