Benzin töküb özünü yandırdı


02:28     07 Mart 2016 1455088000.jpg


Göygöl sakini intihara cəhd edib.

APA-nın yerli bürosunun verdiyi məlumata görə, Göygöl şəhər sakini, 1979-cu il təvəllüdlü Aşırəliyev Cavanşir Valeh oğlu yanıq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, C. Aşırəliyev üstünə benzin tökərək özünü yandırmağa cəhd edib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Açar sözlər:

Oxunub: 619