Sərhəddəki insidentlə bağlı Rəsmi açıqlama


19:02     07 Mart 2016 gomruk%20kom9.jpg

Dövlət Gömük Komitəsi bəzi KİV-lərdə Xaçmaz Gömrük İdarəsinin Yalama gömrük postunda Qarabağ əlilinin fiziki təzyiqə məruz qalması barədə yayılan məlumata münasibət bildirib.


Komitənin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətəndaşı Zakir Əliyev Azərbaycandan Rusiya Federasiyasına apardığı pomidor yükünü gömrük orqanına nar və alma kimi bəyan edib və Rusiya tərəfi ilə həyata keçirilən birgə əməliyyat nəticəsində yük saxlanılıb. Yoxlama zamanı gömrük orqanı əməkdaşları Zakir Əliyevə yükün mal müşayiət sənədlərinin qaydasında olmadığını irad tutaraq bəyannamənin qanuna uyğun şəkildə tərtib edilməsini tələb edib. Ancaq Zakir Əliyev bununla razılaşmayıb və əlilliyindən istifadə edərək qanusuz hərəkətlərə yol verərək asayişi pozmağa çalışıb.

Haqsız tələbinə nail ola bilmədikdə isə Zakir Əliyev qardaşı Ramin Əliyev və 2 nəfər yaxın qohumu ilə birlikdə etik qaydalara uyğun olmayan şəkildə Yalama gömrük postunun rəisi Valid Nəsirovun xidməti otağına daxil olaraq zorla tələblərini reallaşdırmağa cəhd göstərib. Valid Nəsirov onlara qanunvericiliyin müddəalarını xatırladaraq, yükün müşayiət sənədlərinin düzgün tərtib olunmasının vacibliyini bir daha xatırladıb. Lakin gömrük postu rəisinin otağına qanunsuz şəkildə daxil olanlar bu dəfə də onu nalayiq ifadələrlə təhqir edib və fiziki təzyiq göstərib.

Baş verən hadisə ilə əlaqədar Yalama gömrük postunun rəhbərliyi polis şöbəsinə müraciət edib və faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1573