Tanınmış vəkilə məhkəməyə giriş qadağan olundu


17:44     06 İyun 2015 11422929_1146879952004830_652010212_o.jpg

Vəkil Anar Qasımlı Yasamal Rayon Məhkəməsində baş verən hadisədən danışıb.


Femida.az xəbər verir ki, Vəkillər Kollegiyasının üzvü, vəkil Anar Qasımlı Yasmal rayon məhkəməsində proseslərin birində iştirak etmək istəyərkən qapıda dayanan polis əməkdaşının təyziqi ilə üzləşib.

Anar Qasımlı Femida.az-a açıqlamasında hadisəyə aydınlıq gətirib:


“Yəqin hərəmizin ay ərzində 1-2 dəfə Yasamal məhkəməsinə yolu düşür. Kənardan baxdıqda məhkəmədən daha çox şadlıq sarayına bənzəyən (binaya daxil olan kimi başımızın üstündən asılmış nəhəng lüstur şadlıq evi barədə təsəvvürləri tamamlayır) binaya daxil olan vəkilə elə qapıdaca “toy tutulur.” Qapıda səni qarşılayan olduqca qəribə tip - Cəmşid adlı polis vəkillərə qarşı hörmətsizlik edir. Binaya daxil olan polis, ədliyyə, prokurorluq əməkdaşları qarşısında az qala ikiqat eyilib tezim edən Cəmşid əfəndi özünü vəkillərin qənimi kimi aparır, vəkilin telefonunu alır (prokurorlardan almır), çantasını yoxlayır, bu azmış kimi hansı hakimin prosesinə, hansı işlə bağlı gəldiyini soruşur. Başqa sözlə, vəkildən hesab sorur. Egər hansısa vəkil niyə gəldiyini deməzsə və yaxud həmin günü orada məhkəməsi olmazsa , Cəmşid onu məhkəməyə buraxmır.

Ötən gün eyni sualları mənə də verəndə adama "sənə nə hansı işle bağlı gəlmişəm, sənə hesabat verməliyəmmi" deyib ikinci mərtəbəyə qalxan pilləkənə doğru irəlilədim. Postunu qoyub dalımca gəldi ki, hara getdiyini deməsən səni buraxmaram, sədrin göstərişidir. Ona başa saldım ki, məhkəmə prosesleri açıqdır, kefim hansını istəsə ona da tamaşa edəcəm, get sədrinə də belə de. Cəmşid əfəndi paqonlarına and içdi ki, bir də məni məhkəməyə buraxmayacaq.”

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2957