Türkiyədə 16 terrorçu məhv edildi


21:04     07 Mart 2016 turk%20askeri.jpg

Türkiyənin Şırnak əyalətinin İdil rayonunda keçirilən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 16 silahlısı zərərsizləşdirilib.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İdil rayonunun Turqut Özal məhəlləsində terrorçuların qazdıqları xəndəklərin doldurulması zamanı əsgərlərlə PKK terrorçuları arasında atışma olub. Atışma nəticəsində 16 terrorçu zərərsizləşdirilib.

Ərazidə əməliyyat davam edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1630