Fətullah Gülən barədə həbs qərarı


00:55     08 Mart 2016 1005661_10151504538700703_1135114343_n8.jpg

Türkiyənin Ərzurum Prokurorluğu nurçuların lideri Fətullah Gülən və onun qardaşı Saleh Gülən barəsində həbs qərarı verib.


Femida.az xəbər verir ki, FETO-PYD əlaqələri ilə bağlı aparılan araşdırmalar çərçivəsində Gülən və qardaşı “Silahlı terror qruplaşmasına dəstək olmaq”, “Konstitusiyanın tələblərini pozmaq” və “Dələduzluq” maddələri üzrə ittiham olunaraq barələrində həbs qərarı çıxarılıb.

Qeyd edək ki, martın 4-də İstanbul şəhər 6-cı Sülh Cəza Məhkəməsi İstanbul Cümhuriyyət Baş Prokurorluğunun tələbi əsasında Fətullah Gülənin aparıcı mətbuat orqanı olan "Zaman" qəzetinə qəyyum təyin olunması barədə qərar qəbul etmişdi.

Açar sözlər:

Oxunub: 1932