“Saakaşvili ilə bizi heç nə dayandıra bilməz” - Poroşenko
18:45 06 İyun 2015
“Mixail Saakaşvilninin əsas vəzifəsi vilayətdə sabitlik yaratmaq olacaq”.
Femida.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Pyotr Poroşenko keçirdiyi mətbuat konfransı zamanı deyib.
“Bu sabitliyin yaradılmasından qorxanları, narahatlıq keçirənləri başa düşürəm. Bu narahatlıqlar nə məni, nə də Odessada qayda-qanun yaratmaq üçün mənim tərəfindən təyin olunmuş Mixail Saakaşvilini dayandıra bilməz”
Prezident Saakaşvilinin Odessa vilayətinə qubernator təyin olunması ilə bağlı sosial şəbəkələrdə onu dəstəkləyən hər kəsə təşəkkür edib.
Oxunub: 961