Prezident Qətər Əmirini qarşıladı
15:58 08 Mart 2016
Azərbaycanda rəsmi səfərdə olan Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin martın 8-də rəsmi qarşılanma mərasimi olub.
Femida.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qətər Dövlətinin Əmirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.
Azərbaycan Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tanini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Qətər Dövlətinin Əmirinə raport verib.
Qətər Dövlətinin və Azərbaycan Respublikasının dövlət himnləri səslənib. Prezident İlham Əliyev və Əmir Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qətər Dövlətinin Əmiri Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Əmir Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taniyə, Qətər Dövlətinin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Azərbaycan Prezidenti və Qətər Dövlətinin Əmiri rəsmi foto çəkdiriblər.
Rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Tani ilə geniş tərkibdə görüşü keçirilib.
Femida.az
Oxunub: 1000
Oxşar xəbərlər
- Prezident açılışda
- Prezident 4 səfirin etimadnaməsini qəbul edib
- Prezident Ağdama 2 milyon ayırdı
- Prezident icra hakimiyyətlərinə səlahiyyət verdi
- Prezident ARDNF-nin büdcəsini təsdiqlədi
- Prezident şəhidin xanımına “Şöhrət” ordeni verdi
- Prezident üç nəfərə “Dostluq” ordeni verdi
- Prezident Rusiyadadır
- Prezidentin təyin etdiyi fond sədri kimdir? - DOSYE
- Prezidentdən yeni təyinatlar – SİYAHI