Ərdoğan: “Diktator olsam, sənin...“


20:10     06 İyun 2015 400360762.jpg

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan onu diktator adlandıranlara "diktator olsam, sən məni söyən anda işini bitirərəm " cavabını verib.

Femida.az Türkiyənin "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Ərdoğan Ankaranın Gölbaşı və Əskişəhər bölgələrinin vətəndaşları ilə görüşündə ölkə müxalifətinin ona qarşı ittihamlarına cavab verərkən bu sözləri deyib.

"Bu ölkədə iki ciddi təhlükə var. Biri araqarışdıran türklərdir, digərləri də araqarışdıran kürdlər. Biz hər ikisinə də yox deyirik. Bizim anlayışımızda nə siyasi kürdçülük var, nə siyasi türkçülük." — deyə Ərdoğan bildirib.

O, vətəndaşları terror təşkilatının himayə etdiyi bir partiyaya səs verməməyə çağırıb:

"Terror təşkilatının himayəsindəki partiya bizim bayrağımıza alternativ bayraq çıxarıb. Kimin tərəfində olacaqsız: bayrağımıza alternativ bayraq çıxaranların tərəfində, yoxsa bayrağımızın tərəfində?"

Ərdoğan onu diktator adlandıranlara da belə xitab edib:

"Diktator nədir? Diktator kimdir? 90 partiyadan 20-nin seçkidə iştirak etdiyi yerdə diktator? Bu necə diktatordur ki, onu hər gün qəzetlərindən, televiziyalarından söyürlər?"

Açar sözlər:

Oxunub: 1642