Narkoloji dispanserdə kütləvi dava


13:10     09 Mart 2016 dava7.jpg

Xətai rayonu, Zığ şossesi 13-də yerləşən Narkoloji dispanserdə kütləvi dava düşüb.


Femida.az “Report”a istinadən xəbər verir ki, Orxan və Qəni adlı şəxslər xuliqanlıq zəminində Bakı şəhər sakinləri 1977-ci il təvəllüdlü Vüqar Eyvazovu və 1991-ci il təvəllüdlü Sədirxan Kərimovu döyüblər.

Digər bir mübahisədə isə Röyal adlı şəxs xuliqanlıq zəminində Şirvan şəhər sakini 1973-cü il təvəllüdlü Əli Ağayevi döyüb.

Xəsarət alan şəxslərə tibbi yardım göstərilib.

Hadisə ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 874