İlham Əliyev Ehud Barakı qəbul edib


17:05     09 Mart 2016 prezident.JPG

Azərbaycan prezidenti İlham Əliyev İsrailin keçmiş baş naziri Ehud Barakı qəbul edib.


Femida.az-ın məlumatına görə, görüşdə IV Qlobal Bakı Forumunun artıq böyük bir beynəlxalq tədbirə çevrildiyi vurğulanıb.

Həmçinin Forumun gündəliyində bir çox vacib məsələlərin yer aldığı qeyd olunub, onun dünyada gedən prosesləri müzakirə etmək üçün yaxşı imkan yaratdığı bildirilib.

Açar sözlər:

Oxunub: 990