Sərkisyan Moskvaya gedir


17:30     09 Mart 2016 1457515236.jpg

Sabah Rusiya Prezidenti Vladimir Putin Ermənistan Prezidenti Serj Sərkisyanla görüşəcək.



Femida.az xəbər verir ki, bu barədə informasiya Rusiya prezidentinin rəsmi saytında yer alıb.

Görüş zamanı ticarət-investisiya, energetika və humanitar sferalarda müzakirələr aparılacaq. Danışıqlarda Dağlıq Qarabağ konfliktinə xüsusi diqqətin ayrılacağı planlaşdırılır.

Qeyd edək ki, sabah Sərkisyan Moskvaya rəsmi səfər edəcək.

Açar sözlər:

Oxunub: 1750