Ermənilərdən Azərbaycan əleyhinə kampaniya - VİDEO


19:40     09 Mart 2016 ERMENI%20kompaniya.png

Ermənilər Azərbaycan əleyhinə yeni təbliğat kampaniyasına əl atıblar.


Femida.az xəbər verir ki, Ermənistan QHT-ləri və “Open Armenia” internet portalının birgə layihəsi olan http://azerichild.info/ saytı Azərbaycan əleyhinə fəaliyyət göstərəcək.

Saytın müəllifləri iddia edir ki, sayt guya "ksenofobiyanın qarşısının alınması üzrə təşəbbüs" çərçivəsində yaradılıb. Lakin sayta yerləşdirilmiş materiallar bunun əksini deyir.

Saytda Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov, Çingiz Hüseynov, Xəlil Rza Ulutürk, Cabir Novruz, Qəzənfər Kazımov və s. şair, yazıçılarımızın əsərlərini sayta yerləşdirən ermənilər, dərc olunmuş ədəbi, bədii materiallara əlavələr edib.

Bununla yanaşı, saytın şüarı da millətçilik ruhu ilə bəzədilib: “Nifrət üslubunda xoşbəxt uşaqlıq. Bu nifrət sabah sizə toxunacaq”. Əslində əsl məqsədlərini gizlətməyə çalışan düşmən ölkə, bu şüarla əsas niyyətlərini ortaya qoymuş olur.


Açar sözlər:

Oxunub: 1311