İnsan alverçisinə hökm oxundu - 10 il


20:23     09 Mart 2016 məhkəmə9.jpg

Bu gün insan alverində təqsirləndirilən İrina Qəmbərovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orcuovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə görə, İrina Qəmbərova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Onu da vurğulayaq ki, İrina Qəmbərova Cinayət Məcəlləsinin 144-cü ( insan alveri) maddəsi ilə ittiham edilib.

Açar sözlər:

Oxunub: 945