Bakıda döyüş sursatı tapıldı


02:09     07 İyun 2015 1407992831_top-mermisinin-govdesi-tapilib-cenubnews.jpg

Bakının Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb.

Femida.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanmış sursata baxış keçirilib. Müəyyən olunub bu, istifadəyə yararlı olan 2 ədəd trotil qutusudur.

Hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Açar sözlər:

Oxunub: 1014