“Daha böyük uğurlar qazanacağıq” - Prezident


14:49     10 Mart 2016 prezz7.jpg

“Multukultaralizm Azərbaycanda dövlət siyasətidir. Bu il Azərbaycanda multikulturalizm ilidir. Dövlət siyasəti və cəmiyyətin yanaşması bu sahədə fərqlənmir”.


Femida.az xəbər verir ki, bunu IV Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, multukulturalizm dəyərlərinin təşviqi ilə bağlı Bakı Prosesi və digər tədbirlər keçirilib: “Bir aydan sonra BMT-nin Sivilizasiyalararası Forumunu keçirəcəyik. Siyasətçilər məsuliyyətli olmalıdırlar. Media təmsilçiləri də məsuliyyətli olmalıdırlar. Ancaq şahidi oluruq ki, xəbərlərdə əsasən toqquşma, qaçqınlar böhranı barədə reportajlar verilir. Bu, bizi təcrid olunmağa aparır. Biz hamımız bir-birimizə bağlıyıq. Avropa və Orta Şərq arasında məsafə çox olsa da, insanların ailəsi üçün sığınacaq tapmaq cəhdlərini dayandıra bilməzsiniz. Heç bir ölkə təcrid olunmuş halda yaşaya bilməz, hamımız bir-birimizə bağlıyıq. Biz bununla fəxr etməliyik”.

Keçən ay Gəncədə İmamzadə Kompleksinin açılışının həyata keçirildiyini xatırladan dövlət başçısı qeyd edib ki, açılışda müxtəlif dini icmaların nümayəndələri çıxış ediblər: “Bu, ölkəmizdə işlərin necə aparıldığını göstərir. Bu, bizim dünyaya mesajımız idi. Azərbaycanın ən böyük məscidində ilk dəfə şiə və sünnilər birgə ibadət etdilər. Bütün bunlar bizim ən böyük zənginliyimizdir. Bu konsensus olmasa, daha böyük uğurlar əldə edə bilməyəcəyik. Multukulturalizmi təşviq edərək daha böyük uğurlar qazanacağıq”.

“Eurovision” mahnı müsabiqəsindən və Birinci Avropa Oyunlarından söz açan prezident, Azərbaycanın regionda daha proqnozlaşdırılan vəziyyət yaratmağa çalışdığını vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1228