Tanınmış aktyor mağazadan 350 min təzminat istədi - FOTO


19:22     10 Mart 2016 selc.jpg

İstanbulun Taksim adlanan hissəsində mağazaların birində tost yeyən tanınmış aktyor Səlcuq Yöntəm sonradan tost yeyərkən şəklinin çəkilib menyuda reklam kimi istifadə edildiyinə görə mağazaya qarşı təzminat davası açdı.


Bir müddət əvvəl tanınmış aktyor Səlcuq Yöntəmin Taksimdə yerləşən “Bambi Cafe” adlı mağazada tost yeyərkən fotosu çəkilmiş və mağaza həmin fotodan reklam məqsədilə bir müddət istifadə etmişdi. Səlcuq Yöntəm onun icazəsi olmadan fotosu çəkildiyinə görə mağazanı məhkəməyə verdi və 350 min türk lirəsi məbləğində təzminat tələb etdi.

Məhkəmə tanınmış aktyoru haqlı hesab edərək qərar çıxardı ki, mağaza 350 min lirə təzminat ödəməlidir.

Fotonun Səlcuq Yöntəmin icazəsi ilə çəkildiyini irəli sürən mağaza sahibi Fatih Güner məhkəməyə 350 minlik təzminatın həddindən artıq olduğunu bildirərək etiraz etdi. Hazırda iş Ali Məhkəməyə verilib. Məhkəmənin qərarının nə olacağı maraqla gözlənilir.

Qeyd edək ki, tanınmış aktyorun aşağıda göstərilən fotosu reklam kimi bi ay “Bambi Cafe”nin menyusunda reklam kimi istifadə olunub:



Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 1630