Rövnəq Abdullayev yenidən prezident seçildi


16:04     11 Mart 2016 rovneq9.jpg

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti hesabat-seçki konfransı keçirilib.


Konfransda quruma prezident seçilib. Açıq səsvermə yolu ilə keçirilən seçkidə hazırkı prezident Rövnəq Abdullayev öz postunda qalıb. O, yekdilliklə növbəti 4 il müddətinə Federasiyaya rəhbərlik edəcək. Daha sonra çıxış edən AFFA-nın prezidenti Rövnəq Abdullayev:

“Mənə yenidən etimad göstərdiyiniz üçün minnətdaram. Söz verirəm ki, etimadınızı doğruldacam. Qarşıda bizi çox böyük işlər gözləyir. Çalışacağıq ki, qarşımıza qoyulan vəzifələri yerinə yetirək, Azərbaycan futbolunu yüksəldək. Əsas vəzifəmiz 2020-ci ildə Azərbaycan yığmasının final mərhələsində iştirakını təmin etməkdi. Bunun üçün əlimizdən gələni edəcəyik” - deyə, bildirib.

Bundan başqa AFFA İcraiyyә Komitәsinin 10 nәfәrlik yeni heyәti müәyyәnlәşib.

Peşəkar Futbol Liqası – 4 yer

1. Rauf Əliyev – AZAL PFK tərəfindən
2. Vaqif Sadıqov – «Sumqayıt» FK tərəfindən
3. Elşad Nəsirov – «Neftçi» PFK tərəfindən
4. Qurban Qurbanov – “Qarabağ” FK tərəfindən

Regional Futbol Federasiyaları İctimai Birliyi – 2 yer

1. Kazbek Tuayev – Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
2. İsgəndər Cavadov – Şimal Regional Futbol Federasiyası tərəfindən

Sahə Futbol Federasiyaları – 2 yer

1. Mahir Məmmədov – Azərbaycan Futzal Federasiyası tərəfindən
2. Mirkamil Rəhimov – Uşaq və Gənclər Futbol Federasiyası tərəfindən

İctimai Futbol Təşkilatları – 2 yer

1. Elmar Məmmədyarov – Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən
2. Firudin Qurbanov – Futbol Hakimləri İctimai Birliyi tərəfindən

Qeyd edək ki, R.Abdullayev prezident postuna yeganə namizəd olub. Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidenti vəzifəsində çalışır. AFFA prezidentliyinə hər dörd ildən bir seçkilər keçirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 723