“Futbolçuların viza problemi olmayacaq” - Elmar Məmmədyarov


17:57     11 Mart 2016 elmar%20mem2.jpg

"Hələ heç nə şərh edə bilmərəm. AFFA İcraiyyə Komitəsinə yeni seçilmişəm. Hələ ki, planlardan danışmaq tezdir. İşin içində olandan sonra bu barədə danışa bilərəm".


Bunu jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov deyib.

O, Azərbaycan futbolunun həvəskarı olduğunu qeyd edib: "Rövnəq müəllim təklif etdi və dedi ki, gəlin, futbolun nüfuzunu biraz da qaldıraq. O, İcraiyyə Komitəsində xarici işlər nazirinin də iştirak etməsini istəyirdi. Özüm Azərbaycan futbolunun həvəskarıyam. Hər dəfə çalışıram ki, həm yığma, həm də klubların oyunlarına gedim".

Nazir Azərbaycan klublarından "Qarabağ" və "Neftçi"nin oyunlarını xüsusi vurğulayıb: "Qarabağın oyunu xoşuma gəlir. "Neftçi" də yaxşı oyun göstərir. Ümumilikdə bütün Azərbaycan futboluna baxıram. Futbolçuların viza məslələrində heç bir problem olmayacaq. Bu, əvvəl də belə idi. Çalışacağam ki, həm nazirlikdəki, həm də buradakı işləri yerinə yetirim".

E. Məmmədyarov vurğulayıb ki, son zamanlar Azərbaycan futbolu inkişaf edir: Son ildə "Qaravbağ" və "Qəbələ" Avropa Liqasına vəsiqə qazandı. Hazırda "Zirə" də yaxşı oyun göstərir. Ancaq Avropada iştirak etmək üçün təcrübə də önəmlidir. Azərbaycan klublarının Çempionlar Liqasında mübarizə aparcağının şahidi olacağıq".

Açar sözlər:

Oxunub: 999


Oxşar xəbərlər