XİN-dən Arif Məmmədovla bağlı sərt- Açıqlama


15:29     08 İyun 2015 87944.jpg

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi Arif Məmmədov haqqında fikirlərini bölüşüb.


Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatındakı nümayəndəsi Arif Məmmədov haqqında fikirlərini bölüşüb.


Femida.az son günlər müzakirə mövzusuna çevrilmiş həmin məsələ ilə bağlı XİN rəsmisinin fikirlərini olduğu kimi təqdim edir:

“Mən, Azərbaycan Respublikasının vətəndaşı olaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinə sadiq qalaraq, möhtərəm Prezidentimiz tərəfindən yürüdülən daxili və xarici siyasətə xidmət etmişəm və həmişə də edəcəm.

Rahat həyat və Avropa ölkələrində sığınacaq almaq məqsədilə belə əməllərə əl atan Arif Məmmədov kimisinin adımızdan danışmağa heç bir haqqı yoxdur. Artıq bir neçə ildir Azərbaycan XİN sistemində deyil, İslam Əməkdaşlıq Təşkilatında işləyən bu şəxsin əməllərini, eləcə də sosial şəbəkələrdə ölkəmizin ictimai-siyasi və mədəniyyət xadimləri, Azərbaycan xalqı və ölkəmiz haqqında yazdığı fikirlərini qəti şəkildə pisləyir və qınayıram. Öz xalqına qarşı təhqir qəbuledilməzdir. Arif Məmmədov Avropadakı havadarları ilə əlbir olaraq Avropa oyunları ilə əlaqədar ölkəmizə qarşı aparılan əks-təbliğat kampaniyasının bariz nümunəsidir.

Texniki parametrlər baxımdan facebook sosial şəbəkəsində hər hansı statusun “like” edilməsi bu fikrin bilavasitə qəbul və ya təsdiq edilməsi mənasını daşımasa da, daha çox “gördüm, oxudum və ya tanış oldum” demək olsa da, onun sosial şəbəkələrdə yaşayış binasında yanğın ilə əlaqədar yazdığı statusunun “like” edilməsi ilə əlaqədar yaranmış anlaşılmazlığa görə üzrxahlığımı bildirirəm. Bu məsələ ilə əlaqədar Xarici İşlər Nazirliyinin rəhbərliyi tərəfindən lazımı ölçü götürülmüş və tədbirlər görülmüşdür.

Hər bir Azərbaycan vətəndaşı kimi ilk Avropa Oyunları kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsindən fəxr hissi duyuram və ailə üzvlərimlə birlikdə bu tarixi hadisənin canlı şahidi olmağımızı gözləyirik.

Bir daha bildirirəm ki, harada olmağımızdan və çalışmağımızdan asılı olmayaraq, əqidə, amal və əməlimlə Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hər bir Əmrinə müntəzirəm”.

Açar sözlər:

Oxunub: 756