Erməni tərəfi itkilərini gizlədir - Müdafiə Nazirliyi
16:42 12 Mart 2016
Erməni tərəfi həmişə olduğu kimi öz döyüş itkilərini qəsdən gizlədir, müxtəlif adlar altında ictimaiyyətə çatdırmaqla çaşqınlıq yaradır.
Femida.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ermənilər əsgərlərinin ölməsi faktlarını yol-nəqliyyat qəzaları, xəstəliklər, bədbəxt hadisələr və silahla ehtiyatsız davranma halı kimi qələmə verirlər.
Müdafiə Nazirliyindən verilən məlumatda deyilir ki, erməni tərəfi Ermənistandan gətirilən əsgərlərin işğal olunmuş ərazilərimizdə ölməsini açıqlamaq məcburiyyətində qalsa da, Dağlıq Qarabağdan çağırılanların, muzdlu kimi fəaliyyət göstərənlərin ölüm hallarını məharətlə gizlədir və öz xalqını aldadaraq yanlış fikir formalaşdırır.
Oxunub: 1417
Oxşar xəbərlər
- Ermənistandan Azərbaycana gələnlərin sayı açıqlanıb
- Ermənilərin törətdiyi terrordan 26 il ötür
- Ermənistan daha bir əsgərini itirdi
- Ermənistanı ağır il gözləyir
- Erməni əsgər boğulub öldü
- Erməni əsgər xidmət yoldaşı tərəfindən döyüldü
- Ermənilərin cəmi 9 faizi Sarkisyana inanır - VİDEO
- Erməni deputat: `Münaqişənin həlli Minsk qrupundan asılıdır`
- Ermənistanda yanacaq bahalaşdı
- Ermənistanda partlayış