“SOCAR İranla müzakirələr aparır” - Rövnəq Abdullayev


16:21     14 Mart 2016 rovneq0.jpg

SOCAR 3 mlrd. kubmetr həcmində qaz almaq niyyətindədir.


Femida.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.

"Bilirsiniz ki, SOCAR-a qaz hasilatı zamanı laylara vurmaq üçün qaz lazımdır. Laylara nə qədər çox qaz vursaq, bir o qədər neft hasilatını stabil saxlamaq olur. Bundan başqa, qaz anbarlarımızın imkanları böyükdür və biz ora əlavə həcmdə qaz vurmağı planlaşdırırıq. Bilirsiniz ki, bizim anbarlarımız 5 milyard kubmetr həcmində qazı saxlamaq iqtidarındadır. Biz 3 milyard kubmetr qaz almaq niyyətindəyik. SOCAR "Qazprom" şirkətinə təkliflərini verib. Bundan başqa, SOCAR İran tərəfi ilə müzakirələr aparır. Söhbət svop əməliyyatından gedir. Bilirsiniz ki, yay aylarında İranda böyük həcmdə qazdan istifadə olunmur. İstehlakın pik həddi qışdadır. Biz SOCAR-ın qaz anbarlarına İran qazının vurulması ilə bağlı danışıqlar aparırıq. Qış aylarında isə biz onların şimal regionlarını qazla təmin edəcəyik. Müxtəlif variantlar üzərində işləyirik", - deyə R. Abdullayev qeyd edib.

Açar sözlər:

Oxunub: 1021