Türkiyə erməniləri hakimiyyətə buraxacaqmı?


15:09     08 İyun 2015 elxan1.jpg

“Türkiyədə kolalisyon hökumət qaçılmaz hala gəldi”.


Femida.az xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, parlamentə keçən 4 partiyadan ikisi arasında ittifaq yaradılmalıdır:

“Əlbəttə, formalaşacaq koalisyon hökumətin daxili və xarici siyasətdə uğur qazanmaq şansı yüksək deyil, ancaq başqa alternativ də qalmayıb, növbədənkənar parlament seçkisi çıxış yolu deyil. Belə olan halda parlamentə keçən 4 partiyadan ikisi arasında ittifaq yaradılmalıdır. Şəxsən mən AKP-MHP koalisyonuna üstünlük verirəm. Doğrudur, Ərdoğan-Davudoğlu duetinin bir-birlərinə demədikləri söz qalmadı. Ancaq bu seçki kampaniyası idi, indi isə gündəmdə ölkənin taleyidir və məsuliyyətli olmaq gərəkir. MHP dövlətçilik və millətçilik adına məsuliyyətli partiyadır, parlamentdə təmsil olunan Xalqların Demokratik Partiyasının hakim koalisyonda yer almasını istəməz. Çünki əks halda kürd radikalizmi Türkiyə tarixində ilk dəfə idaerəetmədə yer alacaq. Bunun qarşısının alınmasının iki yolu var: ya AKP-MHP koalisyonu qurulur, ya da MHP məsuliyyəti AKP ilə bölüşmək istəməsə də, səsləri ilə kənardan AKP-nin hökumət formalaşdırmasına yaşıl işıq yandırır. İkinci variant MHP-yə imkan verəcək ki, AKP-nin siyasətini nəzarətdə saxlasın”.

E.Şahinoğlunun sözlərinə görə, Ərdoğan meydanlara düşməsəydi, Davudoğlu AKP üçün indikindən də az səs toplayacaqdı:

“Ancaq Ərdoğnın meydanlara düşməsi onun siyasi məsuliyyətini artırdı. Çünki birincisi, “koalisyonlar ölkəni uçuruma apardı” deyən prezident indi seçki nəticələrinə görə öz sözündən geri çəkilərək koalisyon hökumətin formalaşdırılmasına yaşıl işıq yandırmalıdır, ikincisi “Türkiyə parlament respublikasından prezident respublikasına çevrilməlidir”şüarını ən azı gələn seçkilərə qədər unutmalıdır. Beləliklə, Ərdoğan ikiqat zərbə aldı...”

Qeyd edək ki, bu gün Türkiyədə keçirilən parlament seçkilərində hazırki nəticələrə görə, AKP 258, CHP 132, MHP 81, HDP 79 millət vəkili yeri qazanıb. Türkiyədə bir partiyanın təkbaşına hökumət formalaşdırması üçün parlamentdə ən azı 276 millət vəkili yeri qazanması lazımdır. Hazırkı nəticələr isə koalisiya hökumətinin qurulmasını tələb edir.

Açar sözlər:

Oxunub: 455