Rövnəq Abdullayev “Günəşli”də - FOTOLAR
13:17 15 Mart 2016
SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri “Günəşli” yatağında yeni inşa edilmiş 7 saylı dərin dəniz özülünün istismara verilməsi mərasimində iştirak ediblər.
Femida.az xəbər verir ki, özülə baxış keçirən şirkət prezidentinə məlumat verilib ki, istismara buraxılan bu obyekt müstəqillik illərində layihələndirmə, tikinti və quraşdırma işləri tam şəkildə SOCAR tərəfindən həyata keçirilmiş ilk və ən dərin dəniz özülüdür.
Dəniz səviyyəsindən göyərtəyədək olan məsafə 15 metr, üst döşəməyədək olan məsafə isə 30 metrdir. Özül iki hissədən - dayaq blokundan və üst tikililərdən ibarətdir.
İnşaat işləri müasir texnika və texnologiyalardan istifadə edilərək beynəlxalq standartların tələblərinə uyğun təhlükəsiz və keyfiyyətlə həyata keçirilib. Özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər də ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib.
Rövnəq Abdullayev yataqda qazılacaq ilk istismar quyusunda qazma dəzgahını işə salıb. Daha sonra neftçilər qarşısında çıxış edərək Azərbaycan prezidenti İlham Əliyevin Dövlət Neft Şirkəti qarşısında qoyduğu vəzifələrin həyata keçirilməsi məqsədi ilə aparılan kompleks tədbirlərdən danışıb, “Günəşli” yatağında hasilatın stabil saxlanılması və artırılması baxımından yeni özülün əhəmiyyətini vurğulayıb.
Oxunub: 1149
Oxşar xəbərlər
- Rövnəq Abdullayev təcili iclas keçirdi
- Rövnəq Abdullayev futbola gedəcək
- Rövnəq Abdullayev baş nazirlə görüşüb
- Rövnəq Abdullayevin oğlu klub rəhbəri oldu
- Rövnəq Abdullayev `Petkim`ə görə Türkiyəyə gedib
- Rövnəq Abdullayev prezidentlə görüşdü
- Rövnəq Abdullayev Oğuzda olub
- Rövnəq Abdullayev namizədliyini irəli sürüb
- Rövnəq Abdullayev gənclərin suallarını cavablandırdı - VİDEO
- Rövnəq Abdullayev benzinin qiymətindən danışdı (VİDEO)