“Ərdoğanı prezidentlikdən kənarlaşdırmaq lazımdır”


17:28     08 İyun 2015 4003607626.jpg

“Kürdlərin hədəfləri öz millətini bir yerə yığmaq və parlamentdə seperatçı qanun layihələrini gündəmə gətirməkdən ibarətdir.”

Dünən Türkiyədə keçirilən parlament seçkisində 13 illik hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təkpartiyalı iqtidarına son qoyuldu.

Seçkilərin nəticələri isə parlamentdə təmsilçilik hüququ qazanan dörd partiyadan heç birinin təkbaşına hökumət qurmaq şansının olmadığını da göstərir. Bu baxımdan Türkiyədə yeni hökumətin koalision əsaslarda qurulacağı qaçılmazdır. Tam olaraq son qərar verilməsə də liderlər bu ehtimalı özlərindən uzaqlaşdırıblar.
Politoloq Qabil Hüseynli Femida.az-a açıqlamasında deyib ki, Türkiyədə bir neçə partiyanın iştirakı ilə koalisiya hökuməti mütləq baş tutacaq.

“Bu hökumətin qurulmasında da ziddiyətlilik var. Ya AKP ilə koalisiyaya getmək lazımdır, ya da AKP özü MHP, CHP və HDP ilə koalisiyaya “hə” deməlidir. HDP artıq hökumət ilə koalisiyaya getməyəcəyini deyib. Kürdlərin hədəfləri öz millətini bir yerə yığmaq və parlamentdə seperatçı qanun layihələrini gündəmə gətirməkdən ibarətdir. Kürdlər hökumətlə koalisiyaya getsə, onlara çətinlik törədər.
Partiya liderləri düşünməlilər ki, yeni seçkilərin keçirilməsi onlara xeyir gətirməz. Ona görə də koalisya qurmalıdır. CHP, MHP və HDP-nin də kənardan dəstək verməsi ilə hökumət qurulacağını düşünürəm”.

Politoloq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın heç bir partiya ilə bağlığı olmasa da, koalisiyaya mane olacağını deyir:

“AKP Ərdoğanın təsiri altındadır. Əgər Davudoğlu Ərdoğanın təsiri altından çıxa bilərsə, o həm MHP, həm də CHP ilə koalisiyaya gedə bilər. Amma Ərdoğan sonadək çalışacaq ki, koalisiya alınmasın. Koalisiya alınmadıqda yeni seçkilərin təyin edilməsinə şərait yaranır. O zaman Ərdoğan öz gücündən istifadə edərək yeni hökuməti AKP-nin xeyrinə qura bilər”.

Qabil Hüseynli Ərdoğanın qanunları pozaraq seçkiöncəsi AKP-yə dəstək mitinqində iştirakına da toxunaraq qeyd edib ki, bu Ərdoğanın istefasını gündəmə gətirməlidir:

“Əslində, Ərdoğan qanunları pozaraq seçkiqabağı mitinqdə iştirak etdi. Zənnimcə, birinci olaraq Ərdoğanın istefasını gündəmə gətirmək lazımdır. Çünki, o, qanunları pozub. Ərdoğanı prezidentlikdən kənarlaşdırmaq lazımdır. Davudoğlunun müstəqiləşdirilməsinin yolu buradan keçir. Başqa formada Davudoğlu Ərdoğanla üz-üzə gəlmək istəməyəcək. Çünki, Ərdoğan hakim patiya içərsində elə adamların yığıb ki, Davudoğlunu AKP-dən kənarlaşdıra, onun yerində Numan Kurtulmuş kimi milliyəti bəlli olmayan bir şəxsi AKP lideri edə bilər. Amma istənilən halda seçki öncəsi böyük əziyyətlər çəkilib. MHP və CHP imkan verməyəcək ki, yenidən seçkilər keçirilisin. Mütləq koalisiya hökumətinin qurulmasına nail olacaqlar”.

Politoloq Türkiyədə keçirilən parlament seçkilərdə bir azərbaycanlı millət vəkilinin seçilməsini ağrılı məsələ adlandırdı:

“Türkiyədə yaşayan yüz min erməni parlamentə 3 deputat keçirdi, ancaq bir milyon yarım azərbaycanlı 1 deputat keçirə bildi ki, o da kürdlərin üstünlük təşkil etdiyi HDP-dəndir. Türkiyənin azərbaycanlıların daha çox toplu halda yaşadığı bölgəsindən isə millət vəkili seçilmədi.”

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 862


Oxşar xəbərlər