Hüquqşünasdan Əflatun Amaşova-cavab


17:38     08 İyun 2015 qocnb6o9dP49.jpg

“Kiminsə təhqir etməsini, sosial səbəkəlrin bağlanmasına səbəb kimi göstərilməsi əsassızdır.“

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun facebook-un bağlanması haqqında açıqlaması sosial şəbəkələrdə və KİV-lərdə ciddi etirazlarla müşayiət olundu.

Femida.az məsələnin qanuni tərəflərini araşdırıb. Bu məqsədlə hüquqşünas Məhərrəməli Həmidova müraciət etdik.

Sizcə, sosial şəbəkələrdə insanların bir-birlərini təhqir etdiyini səbəb kimi göstərilərək bağlanması qanuna nə dərəcədə uyğundur?

Hüquqşünas Məhərrəməli Həmidov:


“Kiminsə təhqir etməsini, sosial səbəkəlrin bağlanmasına səbəb kimi göstərilməsi əsassızdır.
İctimai nəqliyyatlarda və yaxud diger yerlərdə də insanların bir-birlərini təhqir edilməsi halları qeydə alınır. Belə çıxır ki, həmin yerləri bağlamaqla mövcud problemə son qoyulmalıdır?
Qanunvericilikdə təhqir, şərəf və ləyaqətin alçaldılmasına dair tədbirlər nəzərdə tutulub. Bu cür halların qarşısını almaq üçün başqa tədbirlər də görülməsi kifayət edər.
Məsələn, sosial şəbəkələrdə saxta adlardan istifadənin qarşısını almaq və həmin şəxslərə qarşı cəzaları daha da sərtləşdirmək kifayət edər.
Sosial şəbəkələrin bağlanması ondan faydalı və səmərəli istifadə edən insanların hüquqlarının pozulmasına gətirib çıxarır”

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 1562