Vaqif Mustafazadənin doğum günüdür


14:35     16 Mart 2016 vaqif%20mustafazde.jpg

Bu gün bəstəkar Vaqif Mustafazadənin ad günüdür.


Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar, pianoçu, caz-muğamın banisi Vaqif Mustafazadə 16 mart 1940-cı ildə Bakıda anadan olub. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Dövlət Musiqi məktəbini bitirib. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.

Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.

Böyük bəstəkar 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub.

Açar sözlər:

Oxunub: 1568