Baxçalı: “Qoy erkən seçki olsun“


17:56     08 İyun 2015 91357.jpg

Türkiyədə keçirilən seçkilərdə 3-cü yeri qazanmış Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı AKP ilə koalisyon hökumət qurmaq istəmədiklərini bildirib.

Femida.az xəbər verir ki, seçki nəticələrini dəyərləndirən Baxçalı Prezident Ərdoğanın belə bir durumda baş nazir Davudoğluna yeni hökumətin qurulması üçün tapşırıq verməsi lazım olduğunu deyib.

Baxçalı kürd problemi ilə bağlı həll prosesinə qarşı olduqları üçün AKP ilə koalisiya ortağı olmaq istəmədiklərini söyləyib. MHP lideri koalisiyanın AKP ilə HDP arasında qurulmasının daha uyğun olacağını deyib. O, həmçinin ikinci variant kimi AKP-CHP-HDP koalisiyasını təklif edib:

"Belə bir durumda MHP ana müxalifət missiyasını almağa hazırdır. Alınmazsa, qoy erkən seçki olsun".

Açar sözlər:

Oxunub: 908