Pensiyalar tez veriləcək - Bayrama görə


17:58     16 Mart 2016 877152_555552.jpeg

Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb.



Fonddan Femida.az -a verilən məlumata görə, mart ayının 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.

2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 299 min 946 nəfərdir. Onların 60,1%-i yaşa görə, 28,8%-i əlilliyə görə, 11,1%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Açar sözlər:

Oxunub: 1960