Ərdoğan seçkilərə münasibət bildirdi


20:42     08 İyun 2015 39437.jpg

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 7 iyun seçkiləri ilə bağlı ilk açıqlamasını verib.


Femida.az xəbər verir ki, jurnalistlərə açıqlaması zamanı prezident Ərdoğan bunları bildirib: "Millətimizin istəyi hər şeydən üstündür. Nəticələrin heç bir partiyaya tək başına iqtidar imkanı vermədiyi mövcud tablonun, seçkilərdə iştirak etmiş olan bütün partiyalar tərəfindən həqiqi bir dəyərləndirilmə ilə qəbul olunacağına inanıram.

Seçkilərdən sonra başlayan bu yeni müddət ərzində ölkəmizdəki sabitlik və etibarlı mühitin demokratik nailiyyətlərimizin qorunub saxlanması üçün bütün siyasi partiyaların lazımi addımı atması, məsuliyyət hissi ilə hərəkət etməsi böyük əhəmiyyət kəsb edir."

Femida.az

Açar sözlər:

Oxunub: 737