Əhali 155 milyon manat kredit ödəyib
02:01 18 Mart 2016
2016-cı ilin yanvar ayında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin yanvar ayı ilə müqayisədə 8% artaraq 480,1 manat təşkil edib.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
2016-cı ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 10,2% artaraq 6 milyard 459,3 milyon manata çatıb.
Gəlirlərin 81%-i və ya 5 milyard 232 milyon manat son istehlak xərclərinə, 10,7%-i və ya 691 milyon 145 min manat vergilərin, sığorta və üzvlük haqlarının, 2,4%-i və ya 155 milyon manat kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 5,9%-i və ya 381 milyon 99 min manat isə yığıma yönəldilib.
Oxunub: 1224
Oxşar xəbərlər
- Əhalidən xeyli sayda silah-sursat götürülüb
- Əhaliyə şad xəbər: Orta aylıq əməkhaqqı 550 manat olacaq
- Əhaliyə verilən içməli suda bakteriya tapıldı
- Əhalinin 85.2 faizi İlham Əliyevə səs verməyə hazırdır - SORĞU
- Əhalinin 91.4 faizi prezidentin xarici siyasətini dəstəkləyir
- Əhali bu il ərzağa 14 milyard xərcləyib
- Əhalinin nominal gəlirləri 8,2 faiz artıb
- Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
- Əhalinin banklarda 7 milyarda yaxın əmanəti var
- Əhalinin banklarda nə qədər pulu var?