Neft kəskin bahalaşdı - TƏCİLİ


19:42     18 Mart 2016 nefttr.jpg

Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.


Femida.az “Blumberq”ə istinadən xəbər verir ki, “Brent” markalı xam neftin bir barrelinin qiyməti 1,66 dollar bahalaşaraq 42,31 dollar olub. Bu, “Brent”in 7 dekabr 2015-ci ildən bəri ən yüksək göstəricisidir.

VTİ markalı neftin bir barrelinin qiyməti isə 1,75 dollar artaraq 40,77 dollara yüksəlib.

Qeyd edək ki, bundan əvvəlki qiymətlərdə “Azəri Layt” markalı xam neftin bir barreli 42,63 dollara satılırdı.

Femida.az

Açar sözlər:

Oxunub: 2917