Müəllimlərin maaşı qalxdı - ADU da


00:22     09 İyun 2015 1410260687_481601_470009416414357_1086995919_n.png

Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən professor-müəllim, o cümlədən işçi heyətinin əmək haqlarının artımı sahəsində növbəti dəfə yeniliklər aparılıb.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən Femida.az-a verilən məlumata görə, işçilərin sosial rifahının yüksəlməsi, maddi durumunun yaxşılaşdırılması istiqamətində addım atılaraq maaşlar respublikada ali təhsil müəssisələri içərisində ən yüksək səviyyəyə çatdırılıb.

ADU-nun Elmi Şurasının iyunun 8-də aldığı qərara əsasən, kafedra müdirləri 1250 AZN, professor 1100AZN, dosent 860 AZN, baş müəllim 600 AZN, müəllim 500 AZN məbləğində əməkhaqqları ilə təmin olunacaqlar. Bu da əmək haqqının 30-35%-ə qədər artımı deməkdir. ADU-da professor-müəllim heyətinin əmək haqqı minimum 500 AZN, maksimum 2000 AZN təşkil edir ki, bu da Azərbaycanda ali məktəblər sırasında ən yüksək göstəricilərdən biridir.

Açar sözlər:

Oxunub: 980