Bakıda iki marşrut xətti dəyişdirildi


04:41     19 Mart 2016 baku_bus_051015df6.jpg

BakuBus MMC bayramla əlaqədar iki marşrut xəttinin istiqamətinin dəyişdirildiyi barədə məlumat yayıb.


MMC-nin mətbuat katibi Nuridə Allahyarovanın ANS-ə verdiyi məlumata görə, mart ayının 19-u bayram tədbirləri ilə əlaqədar bəzi yollarda ictimai nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacağından MMC-yə məxsus 2 və 14 saylı marşrut xətləri istiqamətlərini müvəqqəti dəyişməli olacaqlar.

Belə ki, 2 saylı xətt Yusif Səfərov küçəsi ilə hərəkət edərək 28 May küçəsindən keçməklə Puşkin küçəsinə istiqamət alacaq, 14 saylı xətt isə Xocalı prospekti-Yusif Səfərov küçəsi-28 May küçəsi boyunca hərəkət edərək 28 May metro stansiyasının önünə istiqamət götürəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1037