Gecə baş verən avtoqəzalar


16:27     19 Mart 2016 car_crash_060315_02.jpg

Gecə Bakıda yol-nəqliyyat hadisələri qeydə alınıb.


Femida.az xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda 2 Kamaz markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış yük avtomobilində sıxılmış vəziyyətdə qalan sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda Mercedes və Daewoo markalı minik avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobillərində sıxılan vəziyyətdə qalan sürücüləri çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:52-də başa çatıb.

Açar sözlər:

Oxunub: 997