DGK-də nümayəndə heyətilə görüş keçirilib


21:06     19 Mart 2016 dovlet_gomruk_komitesi_041986.jpg

Martın 18-də Dövlət Gömrük Ko­mitəsində Bey­nəlxalq Maliyyə Kor­po­ra­si­ya­sı­nın nü­ma­yən­də heyə­tilə növbəti görüş keçirilib.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Azərbaycan və Gürcüstana səfər edən Bey­nəlxalq Maliyyə Korporasiyasının (IFC) nümayən­də­ləri Bakıda müvafiq qurumların iştirakı ilə “Biznesin apa­rılması metodologiyasında yeniliklərin çatdırılması” möv­zusunda seminar keçiriblər.

Azərbaycana səfərləri çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri ölkəmizin gömrük or­qan­­larında həyata keçirilən yeniliklər barədə məlumat al­maq üçün Komitə rəhbərliyilə də görüşüblər.

Nümayəndə heyətilə növbəti görüşdə isə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leyte­nantı Şahin Bağırov qonaqlara Gömrük Məcəlləsi, göm­rük rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər və onla­rın sa­yı, gömrük prosedurları, gömrük işinin təşki­lində informa­si­ya texnologiyalarının tətbiqi, Vahid Av­tomatlaş­dırılmış İdarəetmə Sistemi barədə ət­raflı məlu­mat verib.
Ş.Bağırov müvafiq orqanlarla əlaqə, o cümlədən elek­tron məlumat mübadiləsi, məlumatların əvvəlcədən gön­də­rilməsi, qonşu ölkələrin gömrük orqanları ilə əlaqələr, X-Ray aparatları barədə də nümayəndə heyətini məlu­mat­lan­dırıb.

“Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli sərəncamının əhə­miyyətindən də danışan Ş.Bağırov bildirib ki, bu sərən­cam gömrük rəsmiləşdirilməsinin və səmərəliliyinin artı­rıl­ması­na, biznes mühitinin yaxşılaşdırılmasına, sahibkarlı­ğa mün­bit şəraitin yaradılmasına geniş imkanlar açacaq.

Açar sözlər:

Oxunub: 737


Oxşar xəbərlər